...

Rusiyanın Xəzər donanması hərbi təlimlər keçirir

Dünya xəbərləri Materials 11 Mart 2016 13:45 (UTC +04:00)
Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri təlimlərə başlayıb.
Rusiyanın Xəzər donanması hərbi təlimlər keçirir

Bakı. Elçin Hüseynov - Trend:

Rusiyanın Xəzər donanmasının hərbi gəmiləri təlimlərə başlayıb. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin məlumatında deyilir.

Təlimlərə mindən artıq hərbçi, 30-a yaxın hərbi gəmi və kater, 100-dən cox hərbi və xüsusi texnika cəlb olunub.

Qeyd edək ki, CHD məlumat vermişdi ki, Rusiyanın Xəzər donanmasının 50-dən çox gəmisi dənizə təlimlərə çıxmağa hazırlaşır: "Son iki qış mövsümü üzrə təlim ayları (mart və aprel) ərzində hər bir gəmi lazımı hərbi təlim və məşqlər kompleksini həyata keçirəcək. Onların sırasında dəniz, sahil və hava istiqamətində raket və artilleriya təlim atışları da var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti