...

Bəşər Əsəd: Suriya və Türkiyə yaxşı qonşular kimi qalmalıdır

Dünya xəbərləri Materials 24 Mart 2016 16:03 (UTC +04:00)
Suriya və Türkiyə yaxşı qonşular kimi qalmalıdırlar.
Bəşər Əsəd: Suriya və Türkiyə yaxşı qonşular kimi qalmalıdır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriya və Türkiyə yaxşı qonşular kimi qalmalıdırlar.

Trend "Milliyyet" qəzetinə istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Türkiyənin sabiq Xarici işlər naziri Şükrü Sina Gülərlə görüşdə deyib.

B.Əsəd qeyd edib ki, Suriya xalqında Türkiyəyə qarşı düşmənçilik hissi yoxdur.

B.Əsədin sözlərinə görə, hər iki ölkənin ərazi bütövlüyünün qorunması naminə Türkiyə və Suriya qarşılıqlı etimad çərçivəsində siyasət yürütməlidir.

Türkiyə hakimiyyəti hesab edir ki, Suriyadakı qanlı toqquşmalar ölkə prezidenti B.Əsədin yürütdüyü siyasətin nəticəsidir.

Qeyd edək ki, 2011-ci ilin mart ayından ölkədə hərbi münaqişə davam edir. BMT-nin məlumatlarına əsasən, münaqişə nəticəsində 220 min insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti