Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin cənub-şərqində Diyarbəkir vilayətində PKK terror təşkilatının üzvləri ilə atışmada Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 8 hərbçisi həlak olub, 24 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazıb.
Atışmadan sonra vilayətdə PKK-ya qarşı genişmiqyası antiterror əməliyyatı başlanıb.
Xatırladaq ki, son aylar Türkiyənin cənub-şərqində PKK-nın hərbi hissə və polis məntəqələrinə hücumların sayı artıb.
2015-ci ildə PKK ilə toqquşmalar nəticəsində Türkiyədə 200-dən artıq hərbçi həlak olub.