...

Nyu Yorkda Türkiyəyə dəstək məqsədilə möhtəşəm fleşmob (FOTO)

Dünya xəbərləri Materials 22 Aprel 2016 11:09 (UTC +04:00)
Ötən gün Nyu Yorkda Türkiyəyə dəstək və əsassız erməni iddialarına etiraz məqsədilə möhtəşəm fleşmob keçirilib.
Nyu Yorkda Türkiyəyə dəstək məqsədilə möhtəşəm fleşmob (FOTO)

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ötən gün Nyu Yorkda Türkiyəyə dəstək və əsassız erməni iddialarına etiraz məqsədilə möhtəşəm fleşmob keçirilib.

Trend-in Dailymail-ə istinadən verdiyi məlumata görə, təyyarə Manhetten səmasında "yazıb": "Ne mutlu türküm diyene".

Bundan başqa, təyyarə Osmanlı imperiyası dönəmində 1915-ci il hadisələri, qondarma "soyqırım" ilə bağlı erməni yalanları barədə faktların təqdim olunduğu veb-saytın ünvanını "yazıb".

Həmçinin bu zaman Manhettendə Türkiyə bayraqlarının əks olunduğu futbolkalar geyinən onlarla şəxs rəqs fleşmobu təşkil edib.

Qeyd edək ki, aprelin 24-də ABŞ-da yaşayan türklər ermənilərin 1915-ci il hadisələri ilə bağlı əsassız iddialarına qarşı irimiqyaslı etiraz aksiyaları keçirəcəklər.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyası Nyu York və digər böyük şəhərlərdə keçiriləcək.

Aksiyalarda azərbaycanlı, pakistanlı və ərəb icmalarının nümayəndələri də iştirak edəcəklər.

Xatırladaq ki, ötən gün də türklər ABŞ-ın bir sıra şəhərlərində erməni iddialarına qarşı nümayişlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti