...

Bavariyada Hitlerin "Mein Kampf" kitabı məktəb proqramına daxil edilə bilər

Dünya xəbərləri Materials 4 May 2016 14:40 (UTC +04:00)
Almaniyanın Bavariya Federal Torpağının parlamenti nasist lideri Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") kitabının məktəb təhsil proqramına daxil edilməsi haqqında təklifi mayın 10-u müzakirə edəcək.
Bavariyada Hitlerin "Mein Kampf" kitabı məktəb proqramına daxil edilə bilər

Bakı. Elçin Hüseynov - Trend:

Almaniyanın Bavariya Federal Torpağının parlamenti nasist lideri Adolf Hitlerin "Mein Kampf" ("Mənim mübarizəm") kitabının məktəb təhsil proqramına daxil edilməsi haqqında təklifi mayın 10-u müzakirə edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Bavariyanın parlamenrtinin (Landtag) mətbuat xidmətindən bildiriblər.

Söhbət "Mein Kampf"ın yeni, alimlərin və ekspertlərinin şərhləri ilə tərtib edilmiş nəşrindən gedir. Kitabın məktəb proqramına daxil etməsi ilə bağlı təklifi parlamentin müzakirəsinə Almaniyanın Sosial-demokrat partiyası və Azad seçicilər partiyasından olan fraksiyalar çıxarıblar.

Qeyd edək ki, A.Hitlerin "Mein Kampf" kitabının yanvarın 8-də işıq üzü görmüş yeni nəşri Almaniyada satış rekordlarını vurub.

Almaniya mətbuatı yazır ki, yeni nəşr kitabın orijinal versiyasından xeyli fərqlidir. Kitabda ekspertlərin çoxsaylı tənqidi qeydləri yer alıb ki, bunda məqsəd kitab ətrafındakı müxtəlif əfsanələri puça çıxarmaq və A.Hitler ideologiyasının dağıdıcı olduğunu nümayiş etdirməkdir.

Qeyd edək ki, A.Hitlerin həyatının, siyasi baxışının və milliyyətçi-sosialist fikirlərinin əks olunduğu "Mein Kampf" kitabı Almaniyada son 70 il ərzində ilk dəfə nəşr olunub. Nasist liderinin 1933-cü ildə hakimiyyəti ələ keçirməsindən sonra əsərin milyonlarla nüsxəsi çap edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti