...

Türkiyədə növbəti partlayış: 4 ölü

Dünya xəbərləri Materials 13 May 2016 00:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətinin Xani şəhərində partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 10-dan artıq insan yaralanıb.

Trend-in Hurriyet qəzetinə istinadən verdiyi məlumata əsasən, əraziyə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.

Qeyd edək ki, ilk partlayış İstabuldakı hərbi hissələrin birinin yaxınlığında olub.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 9 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, partlayışa səbəb minalanmış avtomobil olub.

Qeyd olunur ki, yaralılardan 7-si hərbçidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti