...

İsrailin müdafiə naziri istefa verib və siyasətdən gedir

Dünya xəbərləri Materials 20 May 2016 11:23 (UTC +04:00)
İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdiyini və siyasətdən getdiyini bəyan edib.
İsrailin müdafiə naziri istefa verib və siyasətdən gedir

Bakı. Elçin Hüseynov - Trend:

İsrailin müdafiə naziri Moşe Yaalon istefa verdiyini və siyasətdən getdiyini bəyan edib.

Trend TASS-a istinadən xəbər verir ki, nazir bu barədə bu gün "Twitter" şəbəkəsindəki akkauntunda paylaşıb.

M.Yaalon yazıb ki, baş nazirə etimad etməyərək höküməti və Knesseti tərk edir və siyasi fəaliyyətində fasilə elan edir. Müdafiə naziri bu barədə baş nazir Benyamin Netanyahunu artıq məlumatlandırıb.

Bu həftənin ortalarında İsrailin baş naziri B.Netanyahu müdafiə naziri vəzifəsini "Bizim ev-İsrail" partiyasının lideri Aviqdor Libermana təklif edib. Bu barədə müzakirələr davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti