...

Taliblərin lideri Mansurun həlak olduğunu təsdiqlənib

Dünya xəbərləri Materials 22 May 2016 13:53 (UTC +04:00)
Taliblərin yüksək vəzifəli komandiri molla Abdul Rauf qruplaşmanın lideri Əhtar Mansurun ABŞ-ın pilotsuz ucan aparatının zərbəsi nəticəsində həlak olması faktını təsdiqləyib
Taliblərin lideri Mansurun həlak olduğunu təsdiqlənib

Bakı. Trend:

Taliblərin yüksək vəzifəli komandiri molla Abdul Rauf qruplaşmanın lideri Əhtar Mansurun ABŞ-ın pilotsuz ucan aparatının zərbəsi nəticəsində həlak olması faktını təsdiqləyib. O, molla Mansurun Əfqanıstan-Pakistan sərhədi rayonunda öldürüldüyünü deyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, ABŞ-ın pilotsuz ucan aparatı mayın 21-də Pakistan sərhədi yaxınlığında yerləşən Əhməd-Val şəhərinin cənub-qərbinə zərbələr endirib.

Xatırladaq ki, molla Mansur hərəkata "Taliban"ın banisi molla Məhəmməd Ömərin ölümündən sonra 2015-ci ilin yayından rəsmən liderlik etməyə başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti