Bakı. Elçin Hüseynov - Trend:
Almaniya höküməti hesab etmir ki, Avropa İttifaqı (Aİ) ilə Türkiyənin vizasız rejimi Ankara ilə Brüssel arasında əldə olunan razılığa uyğun olaraq iyulun 1-dən qüvvəyə minəcək. Trend xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti ölkənin hakimiyyət dairələrindəki mənbələrə istinadən yazır.
Vizasız gediş-gəliş martın 18-də Türkiyə-Aİ sammitində qərara alınmış sazişə əsasən iyulun 1-dən ləğv olunmalıdır. Sazişin qüvvəyə minməsi üçün Türkiyə 72 bənddən ibarət öhdəlikləri həyata keçirilməlidir. Öhdəliklərin çoxusunu yerinə yetirən Türkiyə terrorizmlə bağlı müddəanın həyata keçirilməsini mümkün hesab etmir.
Qəzet yazır ki, Almaniyanın federal höküməti bu təqdirdə visasız rejimin ləğvinin 2017-ci ildən tez olmayaraq qüvvəyə minməsini daha real sayır.
Almaniyanın Kansleri Angela Merkel İstanbulda keçirilən Ümumdünya Humanitar Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq fikrindədir.