Bakı. Elmira Tariverdiyeva - Trend:
Təl-Əvivdə müdafiə naziri vəzifəsinə namizəd olan Aviqdor Libermanın rəhbərlik etdiyi "Bizim ev İsrail" partiyasının hakim koalisiya partiyasına qoşulması barədə saziş imzalanıb. Bunu Trend-ə "İsrail-Azərbaycan" beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak deyib.
Onun sözlərinə görə, bir həftəlik danışıqlardan sonra İsrail hökuməti "Bizim ev İsrail" partiyasının repatriantlar üçün pensiya islahatı haqqında şərtini qəbul edib.
L.Spivak qeyd edib ki, Libermanın partiyasının hakim koalisiyaya daxil olması barədə saziş imzalandıqdan sonra saziş parlamentin təsdiqinə veriləcək.