Bakı. Rufiz Hafizoğlu - Trend:
Almaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsi Ankara və Berlin arasında əlaqələrin xeyli pisləşməsinə xidmət edəcək.
Bunu Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Yasin Aktay deyib.
Onun sözlərinə görə, Bundestaqın bu qərarı Almaniyada daxili vəziyyətə də mənfi təsir göstərəcək: "Bundestaqın antitürk qətnaməsini qəbul etməsi Almaniyanın Türkiyənin maraqlarına məhəl qoymaması anlamına gəlir".