...

Fransada turistlərin olduğu avtobus atəşə tutulub

Dünya xəbərləri Materials 5 İyun 2016 17:47 (UTC +04:00)
Fransanın cənub-şərqində, Montelimar şəhəri yaxınlığında çexiyalı turistlərin olduğu avtobus naməlum şəxslər tərəfindən atəşə tutulub.
Fransada turistlərin olduğu avtobus atəşə tutulub

Bakı. Trend:

Fransanın cənub-şərqində, Montelimar şəhəri yaxınlığında çexiyalı turistlərin olduğu avtobus naməlum şəxslər tərəfindən atəşə tutulub.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 22:30 radələrində baş verib.

Avtobusda olan 70 turistdən 6 nəfər yaralanıb.

Fransa polisi araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti