...

Prezident Administrasiyası: Aİ Türkiyəyə qarşı ikili standartlar siyasətini dayandırmalıdır

Dünya xəbərləri Materials 24 İyun 2016 12:32
Avropa İttifaqı (Aİ) Türkiyəyə qarşı ikili standartlar siyasətini dayandırmalıdır.
Prezident Administrasiyası: Aİ Türkiyəyə qarşı ikili standartlar siyasətini dayandırmalıdır

Trend-i buradan izləyin

Bakı. Rufiz Hafizoğlu - Trend:

Avropa İttifaqı (Aİ) Türkiyəyə qarşı ikili standartlar siyasətini dayandırmalıdır. Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Türkiyə danışıqlar prosesində aydın və dəqiq mövqe tutur, lakin Aİ ölkəyə qarşı ikili standartlar nümayiş etdirir.

Administrasiyadan deyiblər ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə Avropa İttifaqına üzv olub-olmamaq üzrə referendumun keçirilməsi barədə bəyanatı Aİ-nin ünvanına təhdid kimi qiymətləndirilməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti