...

Eyfel qülləsi turistlərin üzünə bağlandı - SƏBƏB

Dünya xəbərləri Materials 28 İyun 2016 13:29 (UTC +04:00)
Parisin rəmzi sayılan Eyfel qülləsi turistlərin üzünə bağlanıb.
Eyfel qülləsi turistlərin üzünə bağlandı - SƏBƏB

Bakı. Trend:

Parisin rəmzi sayılan Eyfel qülləsi turistlərin üzünə bağlanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Qüllənin bağlanmasının səbəbi isə Fransada əmək qanunvericiliyində islahatlara qarşı keçirilən tətillərdir.

Belə ki, Eyfel qülləsinin operator şirkətinin əməkdaşlarının bir qismi də tətillərdə iştirak etməyi qərara alıb.

Şirkətin yaydığı məlumatda deyilir ki, tətilə qoşulmayan əməkdaşların sayı isə qülləyə ziyarətə gələnlərə lazımi xidməti göstərmək və təhlükəsizliyi təmin etmək üçün yetərli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti