...

Türkiyədə jandarm rəisinin də olduğu vertolyot qəzaya uğrayıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 İyul 2016 21:52 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Giresun vilayətində qəzaya uğrayıb.
Türkiyədə jandarm rəisinin də olduğu vertolyot qəzaya uğrayıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:34-də yayılıb)

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Giresun vilayətində qəzaya uğrayıb.

Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində altı nəfər həlak olub, onlar arasında bir nəfər hərbçi olmaqla, daha 7 nəfər yaralanıb.

Təyyarənin göyərtəsində 15 hərbi qulluqçu, o cümlədən vilayət jandarmeriyasının rəisi Mustafa Doğru, yüksək rütbəli zabitlər və mülki şəxslər olub.

Onlar həlak olmuş hərbi qulluqçunun ailəsinə baş çəkməyə gedirmişlər.

Bundan öncə hadisə nəticəsində bir nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti