Bakı. Trend:
Türkiyədə demokratiya qələb çaldı.
Trend-in TRT Haber telekanlına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.
Onun sözlərinə görə, ölkənin bütün siyasi partiyaları dövlətə dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 140-dan artıq hərbçinin həbs olunduğu bildirilir.