...

Yerevanda polis binası ələ keçirilib: bir polis ölüb, 2-si yaralanıb (YENİLƏNİB-3)

Dünya xəbərləri Materials 17 İyul 2016 13:28 (UTC +04:00)
Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb
Yerevanda polis binası ələ keçirilib: bir polis ölüb, 2-si yaralanıb (YENİLƏNİB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:49-da yayılıb)

Bakı. Trend:

Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

X X X

11:20

Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Bu barədə Trend “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Xəsarət alanların şəxsiyyəti barədə məlumat verilmir.

X X X

11:05

Bir qrup silahlı şəxs Yerevanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.

Trend-n “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə əlavə qoşun göndərilib.

X X X

10:49

Silahlı şəxslər Ermənistanın paytaxtı Yerevanda polis binasını ələ keçiriblər.

Bu barədə Trend “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti