...

Türkiyədə edam cəzasının tətbiqinə Avstriyadan münasibət

Dünya xəbərləri Materials 18 İyul 2016 11:35 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının tətbiq edilməsi ilə bağlı çağırışlar edilməsi Avropa İttifaqı üçün qəbuledilməzdir.
Türkiyədə edam cəzasının tətbiqinə Avstriyadan münasibət

Bakı. Trend:

Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının tətbiq edilməsi ilə bağlı çağırışlar edilməsi Avropa İttifaqı üçün qəbuledilməzdir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Avstriya xarici işlər naziri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, edam cəzasının tətbiq edilməsi tam qəbuledilməzdir: “Türkiyə aydın başa düşməlidir ki, edam cəzasının saxlanılması tərəfimizdən amansız və qeyri-insani cəza forması kimi rədd edilir”.

S.Kurts qeyd edib ki, Avstriya Xarici İşlər Nazirliyi vasitəsilə Avropanın Türkiyədən müəyyən hədlərə riayət edilməsini tələb etməsini təkid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti