...

Yerevanda silahlı qrupun üzvü həbs edilib

Dünya xəbərləri Materials 27 İyul 2016 21:53 (UTC +04:00)
Məhkəmə silahlı qrupun üzvü Aram Manukyanın həbsi barəsində qərar qəbul edib
Yerevanda silahlı qrupun üzvü həbs edilib

Bakı. Trend:

Məhkəmə Ermənistanın polis hissəsini ələ keçirmiş silahlı qrupun üzvü Aram Manukyanın həbsi barəsində qərar qəbul edib. Bu barədə Trend Novosti Armeniya-ya istinadən xəbər verir.

Hazırda, Aram Manukyan və onun atası, Pavlik Manukyan "Erebuni" tibbi mərkəzində yerləşirlər.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti