Bakı. Rufiz Hafizoğlu - Trend:
Hərbi çevrilişə cəhd Türkiyə dövlətçiliyinə, dövlətin rifahına qarşı yönəldilmişdi. Trend-in məlumatına görə, bunu İTV telekanalına müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Onun sözlərinə görə, hərbi çevrilişə cəhddən sonra Türkiyə daha da güclü olacaq.
Türkiyədə fövqəladə vəziyyətin tətbiq edilməsinə toxunan səfir qeyd edib ki, bu barədə qərar qanun çərçivəsində qəbul edilib: "Türkiyədə fövqəladə vəziyyətin tətbiq edilməsi ölkənin qeyri-sabit olması anlamına gəlmir".
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.