Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin cənub-şərqində keçirilən xüsusi əməliyyat nəticəsində ölkənin hərbi qüvvələri tərəfindən PKK-nın 35 terrorçu üzvü zərəsizləşdirilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Dogant" agentliyi Baş qərargahdan alınmış məlumata istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, əməliyyat nəticəsində 23 terrorçu məhv edilib, 12 nəfər zərəsizləşdirilib.