...

London küçələrini əlavə patrul polisləri qoruyacaq

Dünya xəbərləri Materials 3 Avqust 2016 12:58 (UTC +04:00)
Əlavə 600 silahlandırılmış patrul polisləri mümkün terror aktlarının qarşısını almaq üçün Londonun küçələrinə nəzarət edəcək.
London küçələrini əlavə patrul polisləri qoruyacaq

Bakı. Elçin Hüseynov - Trend:

Əlavə 600 silahlandırılmış patrul polisləri mümkün terror aktlarının qarşısını almaq üçün Londonun küçələrinə nəzarət edəcək. Bu barədə Trend "Reuters"ə istinadən xəbər verir.

Bu qərar kəşfiyyat orqanlarının hansısa yeni konkret təhdidi haqqında məlumatla bağlı deyil. Qərar ümümiyyətlə Avropada terrorçuluğun aktivləşməsi ilə əlaqələndirilir.

London polisinin başçısı Bernard Hogan-Houv bildirib ki, Böyük Britaniya paytaxtında son iki il terror aktlarının təhlükəsi yüksək səviyyədə qalır. Amma polis və xüsusi xidmət orqanlarının sıx əməkdaşlığı nəticəsində mümkün cinayətlərin qarşısı alınır.

Qeyd edilir ki, London polislərinin əksəriyyəti silah daşımır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti