Bakı. Trend:
Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ ölkədə güc yolu ilə hakimiyyəti ələ keçirmək cəhdləri zamanı zərərçəkənlərə bağlı son məlumatları açıqlayıb.
Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərzurum əyalətində jurnalistlərlə söhbətdə nazir bildirib ki, hazırda ölkə xəstəxanalarında 117 yaralı, 18 nəfərin vəziyyəti isə ağır olaraq qalır.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.