...

Ərdoğan ölüm cəzası haqqında qanunu imzalamağa hazırdır

Dünya xəbərləri Materials 8 Avqust 2016 00:31 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib ki, ölüm cəzası haqqında qanunu imzalamağa hazırdır
Ərdoğan ölüm cəzası haqqında qanunu imzalamağa hazırdır

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan İstanbulda keçirilən mitinqdə bildirib ki, ölüm cəzası haqqında qanunu imzalamağa hazırdır.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Rəcəp Tayyip Erdoğan bildirib ki, hərbi çevrilişə cəhd edənlərə qarşı ölüm cəzasının tədbiqini edilməsini dəstəkləyir.

Onun sözlərinə görə, hər kəs bilir ki, bu ölkədə hakimiyyət sözsüz xalqa məxsusdur, vətəndaşlar isə ölüm cəzasını tələb edirlər: "Əgər parlament bu cür qərar qəbul etsə, mən bu qərarı təsdiq edəcəm" - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti