...

Türkiyə ilə Avropa arasındakı viza rejimi sadələşdirilməyəcək

Dünya xəbərləri Materials 9 Avqust 2016 12:43 (UTC +04:00)
Türkiyə ilə Avropa İttifaqı arasındakı viza rejiminin sadələşdirilməsi gündəlikdə deyil.
Türkiyə ilə Avropa arasındakı viza rejimi sadələşdirilməyəcək

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Türkiyə ilə Avropa İttifaqı arasındakı viza rejiminin sadələşdirilməsi gündəlikdə deyil. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

O deyib ki, viza rejiminin ləğvi Türkiyə tərəfindən bütün şərtlərin yerinə yetirilməsindən sonra baş verə bilər.

Eyni zamanda, XİN başçısı Türkiyədə siyasi durumun qiymətləndirilməsində təmkinliyə çağırıb. O qeyd edib ki, həyata keçirilən həbslərin tənqidi ilə yanaşı, çevrilişə cəhd edən qüvvələrin xüsüsi amansızlıqla dinc əhaliyə və parlamentə qarşı hərəkətlərini dərk etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti