...

Türkiyə Baş Prokurorluğu: Daha 84 prokuror və hakim saxlanılmalıdır

Dünya xəbərləri Materials 18 Avqust 2016 12:58 (UTC +04:00)
Türkiyənin Baş Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 84 prokuror və hakimin saxlanılması barədə qərar verib.
Türkiyə Baş Prokurorluğu: Daha 84 prokuror və hakim saxlanılmalıdır

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Baş Prokurorluğu Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən 84 prokuror və hakimin saxlanılması barədə qərar verib. Trend bu barədə Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Hazırda Türkiyənin 34 vilayətində həmin prokuror və hakimlərin saxlanılması məqsədilə polis tərəfindən əməliyyatlar keçirilir.

Daha öncə Türkiyənin Hakimlər və Prokurorlar Şurası Gülən hərəkatının üzvü olduğu üçün 648 hakim və prokuroru müvəqqəti olaraq vəzifəsindən azad etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti