...

Gülən hərəkatı ilə mübarizə çərçivəsində iki sabiq səfir saxlanılıb

Dünya xəbərləri Materials 18 Avqust 2016 15:30 (UTC +04:00)
Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən iki sabiq səfir saxlanılıb. Bu barədə Trend Türiyənin Milliyet qəzetinə istinadən xəbər verir.
Gülən hərəkatı ilə mübarizə çərçivəsində iki sabiq səfir saxlanılıb

Bakı. Trend:

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən iki sabiq səfir saxlanılıb. Bu barədə Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir.  

Qəzetin məlumatına görə, Gülən hərəkatına qarşı mübarizə çərçivəsində bu gün Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı və UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık saxlanılıb.    

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaş xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti