Bakı. Elçin Hüseynov - Trend:
Brüsselin Ukkel kommunasında 52 yaşlı filippinli qadın avtobus sərnişinlərinə hücüm edib. Trend bu barədə Belçikanın "La Derniere Heure" qəzetinə istinadən xəbər verir.
Qadın avtobusa daxil olaraq bıçaqla iki sərnişini ağır yaralayıb. Sonra o avtobusdan düşərək bir nəfərə də yüngül bıçaq zərbəsi endirib.
Qəzet yazir ki, hücümün səbəbləri hüquq-mühafizə orqanlarına hələik bəlli deyil. Polis guman edir ki, qadın psixi pozğunluqdan əziyyət çəkir. O, hazırda 2 güllə yarası ilə xəstəxanaya yerləşdirilib.