Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyada Cerablus bölgəsinin İŞİD terror təşkilatından təmizlənməsi məqsədilə əməliyyatları davam etdirir.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD-in hədəfləri tank, top və raket zərbələri endirilir.
DHA agentliyi xəbər verir ki, Cerablus əməliyyatında indiyədək 46 İŞİD silahlısı öldürülüb, Türkiyə hərbi təyyarələri terror təşkilatına məxsus bomba yüklü üç avtomobili sıradan çıxarıb.
Bundan başqa, ələ keçirilən Keklice kəndindən sonra daha 3 kənd Azad Suriya Ordusunun nəzarətinə keçib.