Bakı. Trend:
İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib. Trend-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanların episentri Cayapura şəhərindən 48 km şimal-qərbdə yerləşib.
Ölən və yaralananlar barədə məlumat verilmir.