Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə polisinin İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyatı zamanı 24 terrorçu, həmçinin terror aktlarının əlaqələndiricisi olan Əli Əl-Aqqal tutulub.
Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılıan terrorçular əlaqələndiricidən terror aktları törətmək üçün partlayıcı qurğular almalı idilər.
Bundan əvvəl İŞİD-in Türkiyə Silahlı Qüvvələrinin Suriyada "Fərat qalxanı" əməliyyatı ilə əlaqədar olaraq iri terror aktları hazırlaması barədə məlumat yayılmışdı.