...

Yunanıstan Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilərə siyasi sığınacaq vermədi

Dünya xəbərləri Materials 21 Sentyabr 2016 15:33 (UTC +04:00)
Yunanıstan məhkəməsi Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan 8 hərbçidən 3-nə siyasi sığınacaq verməkdən imtina edib.
Yunanıstan Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan hərbçilərə siyasi sığınacaq vermədi

Bakı. Orxan Quluzadə - Trend:

Yunanıstan məhkəməsi Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan 8 hərbçidən 3-nə siyasi sığınacaq verməkdən imtina edib. Trend-in məlumatına görə, bu barədə "Hurriyet" qəzeti xəbər verib.

Qəzetin verdiyi məlumata görə, həmin hərbçilərin ektradisiyası ilə bağlı prosesə artıq başlanılıb.

Yunanıstan məhkəməsi qalan hərbçilər barədə hələ qərarını açıqlamayıb.

Daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsddə ittiham olunan hərbçilərin Yunanıstanın Pserimos adasına qaçmaları barədə məlumat verilmişdi. Yunanıstan polisi həmin hərbçiləri sərhədi qanunsuz keçmələri səbəbilə həbs etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti