...

Böyük Britaniyada dəmir yolu iflic oldu - dəmiryolçular tətil edir

Dünya xəbərləri Materials 18 Oktyabr 2016 16:37 (UTC +04:00)
Böyük Britaniyanın "Southern Rail" dəmir yolu şirkətinin əməkdaşları üçgünlük tətilə başlayıblar.
Böyük Britaniyada dəmir yolu iflic oldu - dəmiryolçular tətil edir

Bakı. Trend:

Böyük Britaniyanın "Southern Rail" dəmir yolu şirkətinin əməkdaşları üçgünlük tətilə başlayıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tətil səbəbindən İngiltərənin cənub hissəsinə qatar reyslərinin təqribən 40 faizi təxirə salınacaq.

Tətilə səbəb şirkət rəhbərliyinin xəttə yalnız maşinistlər tərəfindən idarə olunan qatarların buraxması, eləcə də konduktorlar arasında ixtisarlar aparılması olub.

Problemi aradan qaldırmaq üçün alternativ marşrut olaraq əlavə avtobusların xəttə buraxılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti