...

Tramp Əsəd tərəfdarına yüksək vəzifə verə bilər

Dünya xəbərləri Materials 22 Noyabr 2016 10:40 (UTC +04:00)
Tulsi Qabbard Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına daxil ola bilər
Tramp Əsəd tərəfdarına yüksək vəzifə verə bilər

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatasının, həmçinin Demokratlar Partiyasının üzvü Tulsi Qabbard Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasına daxil ola bilər.

Trend-in məlumatına görə, bu barədə "ABC Newsсo" telekanalı D.Trampın keçid komandasının nümayəndəsinə istinadən xəbər verir.

Bundan əvvəl T.Qabbard bəyan etmişdi ki, Suriya Prezidenti Bəşər Əsədin və onun hökumətinin devrilməsi Liviya və İraq ssenarilərinin təkrarlanmasına və İŞİD terror qruplaşmasının mövqelərinin möhkəmlənməsinə səbəb olacaq.

Telekanalın məlumatına əsasən, hazırda T.Qabbardın D.Tramp administrasiyasında müxtəlif vəzifələrə namizədliyinə ciddi şəkildə baxılır. Mümkün vəzifələr arasında dövlət katibi, müdafiə naziri və ya ABŞ-ın BMT-dəki daimi nümayəndəsi göstərilir.

Həmçinin bundan əvvəl Nyu Yorkda D.Trampla T.Qabbardın görüşdüyü bildirilir. Mənbənin məlumatına əsasən, görüş uğurlu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti