...

Barak Obama xanımından danışdı: "O, heç vaxt..."

Dünya xəbərləri Materials 30 Noyabr 2016 12:14 (UTC +04:00)
"Mişel Obama heç vaxt prezidentliyə namizədliyini irəli sürməyəcək".
Barak Obama xanımından danışdı: "O, heç vaxt..."

Bakı. Trend:

"ABŞ-ın birinci xanımı Mişel Obama heç vaxt prezidentliyə namizədliyini irəli sürməyəcək".

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ştatların Prezidenti Barak Obama "The Rolling Stones" jurnalına müsahibəsində deyib.

B.Obama bildirib ki, M.Obama heç vaxt prezident seçkilərində iştirak etməyəcək.

Bununla yanaşı, dövlət başçısı xanımının istedadlı olduğunu qeyd edib.

Qeyd edək ki, noyabr 8-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp qələbə qazanıb. O, səlahiyyətlərinin icrasına gələn il yanvarın 20-dən başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti