...

"Qatar Airways" məcburi eniş edib - yaralılar var

Dünya xəbərləri Materials 5 Dekabr 2016 11:55 (UTC +04:00)
"Qatar Airways" aviaşirkətinin təyyarəsi Portuqaliyanın Azor adalarındakı hərbi bazasına məcburi eniş edib
"Qatar Airways" məcburi eniş edib - yaralılar var

Bakı. Trend:

"Qatar Airways" aviaşirkətinin təyyarəsi Portuqaliyanın Azor adalarındakı hərbi bazasına məcburi eniş edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Boeing 777 sərnişin təyyarəsi hava boşluğuna düşüb.

Vaşinqtondan Dohaya hərəkət edən təyyarə güclü küləklə əlaqədar marşturunu dəyişməli olub.

Hadisə nəticəsində xəsarət alan sərnişinlər olub. 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti