...

Britaniyada etiraz aksiyası - SƏBƏB

Dünya xəbərləri Materials 5 Dekabr 2016 18:18 (UTC +04:00)
Böyük Britaniya Ali məhkəməsində ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı proses etirazlar və məhkəmə üzvlərinin ünvanına hədə-qorxu fonunda keçirilir.
Britaniyada etiraz aksiyası - SƏBƏB

Bakı. Trend:

Böyük Britaniya Ali məhkəməsində ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı proses etirazlar və məhkəmə üzvlərinin ünvanına hədə-qorxu fonunda keçirilir.

Trend-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin Aİ-dən çıxış prosesinin işə salınması ilə bağlı hökumətin apellyasiyası üzrə dinləmələri bu gün başlayıb.

Dinləmələr cümə axşamına qədər davam edəcək.

Ali Məhkəmə binasının önündə "Brexit" əleyhdarları məhkəmə prosesinə qarşı etiraz aksiyası keçirir. Onlar “Brexit tərəfdarları bizi aldadıb”, “Aİ – demokratiyadır, çıxış – ikiüzlülükdür” kimi şüarlar səsləndirib.

Bundan başqa məhkəmə üzvlərindən biri, həmkarlarının ölüm təhdidləri aldığını deyib. Onun sözlərinə görə, rəsmilər öz ünvanlarına, elektron poçtlarına hədə-qorxu dolu məktublar alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti