...

Türkiyədə polis məntəqəsinə silahlı hücum edilib

Dünya xəbərləri Materials 10 Dekabr 2016 06:30 (UTC +04:00)
Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları polis məntəqəsinə silahlı hücum edib.
Türkiyədə polis məntəqəsinə silahlı hücum edilib

Bakı. Trend:

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçuları polis məntəqəsinə silahlı hücum edib.

Trend-in Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisə nəticəsində ölən və xəsarət alan yoxdur.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub.

PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti