...

İŞİD silahlıları Palmiranın müdafiəsini qırıblar

Dünya xəbərləri Materials 12 Dekabr 2016 19:35 (UTC +04:00)
İŞİD terror qruplaşmasının silahlıları bomba yüklənmiş kamikadze avtomobilləri vasitəsilə Palmiranın müdafiəsini qırıblar və şəhərin ətrafında möhkəmləniblər.
İŞİD silahlıları Palmiranın müdafiəsini qırıblar

Bakı. Trend:

İŞİD terror qruplaşmasının silahlıları bomba yüklənmiş kamikadze avtomobilləri vasitəsilə Palmiranın müdafiəsini qırıblar və şəhərin ətrafında möhkəmləniblər.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya müdafiə nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov brifinqdə deyib. Onun sözlərinə görə, silahlılar bu cür avtomobillərdən aktiv istifadə edirlər.

Bununla belə, İ.Konaşenkov qeyd edib ki, Rusiya qırıcıları terrorçuların oradakı mövqelərinə 64 avia zərbə endirib. İŞİD-in 11 tankı, 300 üzvü və digər hərbi texnikaları məhv edilib.

Qeyd edək ki, Rusiya Suriyanın tarixi Palmira şəhərinin yenidən İŞİD-in əlinə keçməsində ABŞ-ı təqsirləndirir. Rusiya müdafiə nazirliyi hesab edir ki, ABŞ-ın Rəqqa bölgəsində əməliyyatlara fasilə verməsi İŞİD-in irəliləməsinə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti