...

Ərdoğan və Putin arasında axşam telefon söhbəti olacaq

Dünya xəbərləri Materials 14 Dekabr 2016 15:35 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında axşam telefon danışığı olacaq.
Ərdoğan və Putin arasında axşam telefon söhbəti olacaq

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında axşam telefon danışığı olacaq. Trend "TRT Haber" telekanlına istinadən məlumat verir ki, bu barədə Ərdoğan Prezident Administrasiyasında çıxışı zamanı bildirib.

Türkiyə prezidenti bildirib ki, telefon danışığı zamanı onlar Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə edəcəklər.

Onun sözlərinə görə, Hələbdəki vəziyyət təşviş və narahatlıq doğurur.

Türkiyə prezidenti qeyd edib: "Dünən atəşkəs rejimi elan olunandan sonra atəşkəs bir neçə dəfə pozulub. Türkiyə vəziyyətin normallaşması üçün hər cür səyi göstərməyə hazırdır. Biz Hələbdən qaçqınları qəbul etməyə də hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti