...

Ankarada rus səfirinə silahlı hücum olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Dekabr 2016 20:30 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada Rusiya səfiri Andrey Karlova qarşı silahlı hücum olub.
Ankarada rus səfirinə silahlı hücum olub (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada Rusiya səfiri Andrey Karlova qarşı silahlı hücum olub.

Trend Hürriyət qəzetinə istinadən xəbər verir ki, hücum mədəniyyət mərkəzində rəsm sərgisinin açılışı zamanı baş verib. Çıxış üçün tribunaya yaxınlaşan səfir silahlı hücuma məruz qalıb.

Diplomat ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

"RİA Novosti" agentliyinin məlumatına görə, silahlı şəxs zərərsizləşdirilib. Həmin şəxsin sərgi salonuna polis paltarında daxil olduğu açıqlanıb.

Artıq Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirlik türk rəsmiləri ilə əlaqə saxlandığını və hadisə barədə prezident Vladimir Putinin məlumatlandırıldığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti