...

Rusiya səfirinə sui-qəsddən sonra İrandan ilk açıqlama

Dünya xəbərləri Materials 20 Dekabr 2016 11:46 (UTC +04:00)
İran Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayır.
Rusiya səfirinə sui-qəsddən sonra İrandan ilk açıqlama

Bakı. Trend:

İran Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayır.

Trend-in məlumatına görə, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bəyan edib ki, bu cinayət beynəlxalq hüquqla heç bir əlaqəsi olmayan radikal qrupların əməlidir: "Onlar ölkələr arasında problem yaratmaq məqsədilə belə vəhşi cinayətlər törədirlər".

B.Qasımi Rusiya hökumətinə və səfir Andrey Karlovun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti