...

Rusiya Federasiya Şurası: Vəziyyət tam aydınlaşana qədər Türkiyəyə getməmək yaxşıdır

Dünya xəbərləri Materials 20 Dekabr 2016 13:31 (UTC +04:00)
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı vəziyyət tam aydın edilənədək bu ölkəyə getməmək yaxşıdır
Rusiya Federasiya Şurası: Vəziyyət tam aydınlaşana qədər Türkiyəyə getməmək yaxşıdır

Bakı. Trend:

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı vəziyyət tam aydın edilənədək bu ölkəyə getməmək məsləhətəuyğundur. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu fikri Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçyov öz Facebook səhifəsində yazıb.

O, qətli törədən şəxsin iyul ayında dövlət çevrilişi cəhdindən sonra polis sıralarından uzaqlaşdırıldığını, lakin vəsiqəsini özündə saxladığını qeyd edib.

Kosaçyov həmçinin səfirin olduğu tədbirdə təhlükəsizliyin də lazımi səviyyədə təmin olunduğundan da şübhələndiyini bildirib.

O, yazıb: “Dərhal cavablar tələb edən çox vacib suallar var. Bütün bunlardan həm Türkiyədəki diplomatların, həm də bu ölkəyə gedən vətəndaşlarımızın təhlükəsizliyi birbaşa asılıdır. Bu məsələ həll olunana qədər Türkiyəyə getməmək yaxşıdır.”

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Xəbər lenti

Xəbər lenti