...

Liviya təyyarəsini qaçıran şəxslər təslim olublar (YENİLƏNİB-5)

Dünya xəbərləri Materials 23 Dekabr 2016 20:03 (UTC +04:00)
Liviyanın sərnişin təyyarəsini Maltaya qaçıran şəxslər hakimiyyət orqanlarına təslim olublar.
Liviya təyyarəsini qaçıran şəxslər təslim olublar (YENİLƏNİB-5)

İlk xəbər saat 15:16-da yayılıb

Bakı. Trend:

Liviyanın sərnişin təyyarəsini Maltaya qaçıran şəxslər hakimiyyət orqanlarına təslim olublar. Trend RİA Novosti agentliyinə sitinadən xəbər verir ki, bu barədə Maltanın Baş naziri Cozef Muskat məlumat verib.

Baş nazir qeyd edib ki, ekipajın axırıncı üzvləri təyyarəni cinayətkarlarla birlikdə tərk ediblər. Bundan sonra Maltanın xüsusi xidmət orqanlarının əməkdaşları təyyarəyə daxil olublar və onun salonunu yoxlayıblar.

X X X

17:23

Liviya şirkətinə məxsus təyyarəni qaçıran şəxslər bir qrup sərnişini azad edib.

Trend-in məlumatına görə, bu barədə Maltanın Baş naziri Cozef Muskat öz "Twitter" səhifəsində yazıb.

Baş nazir 25 sərnişinin buraxıldığını qeyd edib.

Təyyarəni qaçıran şəxslər onlara Avropa İttifaqı ölkələrindən birində siyasi sığınacaq verilməsini istəyirlər.

X X X

16:51

Liviya təyyarəsini qaçıranlar təslim olmağa razılaşıblar.

Bu barədə Trend "Malta Today" agentliyinə istinadən məlumat verir.

Bununla belə, Malta polisi sərnişinlərin hələ də göyərtədə olduğunu bildirir.

X X X

16:20

Liviya təyyarəsini qaçıran şəxslərin tələbi məlum olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafinin həbsdən azad edilməsini tələb edirlər.

X X X

16:15

Maltada Liviyanın "Afriqiyah Airways" şirkətinə məxsus təyyarəni qaçıran şəxslər girov götürdükləri sərnişinləri buraxıblar.

Bu barədə Trend "Sky News Arabia" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, hazırda təyyarədə yalnız ekipaj üzvləri girov saxlanılıb.

Misirin "Dot Masr" xəbər portalı Liviya mənbələrinə istinadən məlumat verir ki, təyyarəni qaçıranlar Liviyanın mərhum lideri Müəmmər Qəddafinin tərəfdarları ola bilər.

X X X

15:16

Liviyaya məxsus sərnişin təyyarəsi qaçırılaraq Maltada eniş edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Maltanın Baş naziri Cozef Muskat bildirib.

Məlumata əsasən, Liviyaya məxsus sərnişin təyyarəsi iki silahlı tərəfindən qaçırılıb. Təyyarədə 118 nəfərin olduğu deyilir.

Hələlik silahlıların tələbinin nə olduğu məlum deyil. Onlar təyyarəni partlatmaqla hədələyirlər.

Maltanın təhlükəsizlik qüvvələri hadisə ilə bağlı hazır vəziyyətə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti