...

Avtobus qatarla toqquşub - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 28 Dekabr 2016 15:35 (UTC +04:00)
Tunisin şimal-şərqində avtobus qatarla toqquşub.
Avtobus qatarla toqquşub - Ölən və yaralananlar var

Bakı. Trend:

Tunisin şimal-şərqində avtobus qatarla toqquşub. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 42 nəfər ciddi xəsarətlər alıb.

Hadisə Nabul şəhəri yaxınlığında səhər saatlarında baş verib. Avtobus dəmir yolu xəttini keçərkən yüksək sürətlə hərəkət edən qatar qəza törədib.

Məlumata görə, yaralananlar arasında azyaşlılar və 8 hərbçi də var.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti