...

Quterreş: Ümid edirəm ki, Rusiya və ABŞ Suriya probleminin həllinə kömək edəcəklər

Dünya xəbərləri Materials 29 Dekabr 2016 06:57 (UTC +04:00)
BMT-nin gələcək baş katibi Antoniu Quterreş ümid edir ki, Vaşinqton və Moskva Suriya böhranına son qoymaq üçün bir araya gələcək
Quterreş: Ümid edirəm ki, Rusiya və ABŞ Suriya probleminin həllinə kömək edəcəklər

Bakı. Trend:

BMT-nin gələcək baş katibi Antoniu Quterreş ümid edir ki, Vaşinqton və Moskva Suriya böhranına son qoymaq üçün bir araya gələcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Antoniu Quterreş Portuqaliyanın "SIC" telekanalına müsahibəsində deyib.

Xəbərdə deyilir ki, BMT-nin gələcək baş katibi Suriya münaqişəsini "qlobal təhlükə" adlandırıb və qeyd edib ki, dünya dövlətləri münaqişənin başa çatmasına kömək etməlidirlər.

Qeyd edək ki, Suriyada silahlı münaqişə 2011-ci ilin mart ayında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti