Bakı. Orxan Quluzadə - Trend:
Türkiyənin Adana vilayətindəki "İncirlik" aviabazasının bağlanması gündəmdə deyil.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşdən sonra deyib.
M.Çavuşoğlunun sözlərinə görə, ABŞ-ın və Türkiyənin digər müttəfiqlərinin Hərbi Hava Qüvvələri NATO sazişi çərçivəsində "İncirlik"dədir. Bununla belə, Ankara İŞİD terror təşkilatı ilə mübarizədə iştirak edən digər ölkələrə də bu bazadan istifadə etməyə icazə verib.
Nazir qeyd edib ki, Türkiyə İŞİD terrorçuları ilə fəal mübarizə aparır: "Lakin son vaxtlar beynəlxalq koalisiya Türkiyəyə terrorçularla mübarizədə dəstək vermir".Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və Baş nazirin müavini Veysi Kaynak rəsmi Ankaranın "İncirlik" bazasındakı koalisiya qüvvələrinin çıxarılması imkanını nəzərdən keçirdiyini bildirib.