...

Dünyada ilk dəfə "eko-məscid" tikilir

Dünya xəbərləri Materials 10 Yanvar 2017 15:38 (UTC +04:00)
Binanın içində 50-dək insan ibadət edə biləcək.
Dünyada ilk dəfə "eko-məscid" tikilir

Bakı. Trend:

Dünyada ilk dəfə tamamilə "yaşıl enerji" əsasında fəaliyyət göstərəcək məscid tezliklə Omanda istifadəyə veriləcək.

Trend-in "Times of Oman" nəşrinə istinadən verdiyi məlumata görə, layihənin baş memarı Bədr Əl-Hədəbi işlərin 90 faizinin başa çatdığını bildirib: "Hazırda məscidin dam örtüyündə günəş panelləri quraşdırılır".

O qeyd edib ki, binanın içində 50-dək insan ibadət edə biləcək. Baş memar belə az tutumun səbəbini binanın havalandırılması üçün çox böyük həcmdə enerjinin tələb olunması ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti