...

Barak Obama vida nitqində bu məsələyə toxunmadı

Dünya xəbərləri Materials 11 Yanvar 2017 10:13 (UTC +04:00)
Yanvarın 20-də Ağ Evdəki kürsüsünü yeni seçilmiş Prezident Donald Trampa təhvil verəcək Barak Obama Çikaqoda vida nitqi ilə çıxış edib.
Barak Obama vida nitqində bu məsələyə toxunmadı

Bakı. Trend:

Yanvarın 20-də Ağ Evdəki kürsüsünü yeni seçilmiş Prezident Donald Trampa təhvil verəcək Barak Obama Çikaqoda vida nitqi ilə çıxış edib.

Trend-in məlumatına görə, B.Obama 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla bir çox sahələrdə uğurlu nəticələr əldə etdiklərini bildirib.

Xarici siyasətə də toxunan dövlət başçısı, maraqlıdır ki, dünyada ən çox müzakirə olunan Suriya böhranından danışmayıb.

Həmçinin B.Obama Rusiya və Çinin ABŞ-ın əsas rəqibləri olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti