Bakı. Trend:
İtaliyanın baş naziri Paolo Centiloni Parisdən işçi səfərdən qayıtdıqdan sonra damarlarından cərrahi əməliyyat keçirib. Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Qeyd edək ki, hələ ötən gün İtaliyanın baş naziri Yelisey sarayında Fransa prezidenti Fransua Olandla görüşmüşdü.
Səfərdən qayıdan baş nazır özünü yaxşı hiss etmədiyi üçün həkimə müraciət etmiş və ona təcili cərrahi əməliyyat olunması bidlirilmişdir.
Məlumata görə, əməliyyat uğurla keçib və hazırda baş nazir özünü yaxşı hiss edir.